Milan “İnter”i və “Gent” “Qəbələ”yə rəqib oldu

Aprelin 20-25-də Gürcüstanı paytaxtı Tiflisdə U-16 komandaları arasında Vitali Daraseliyanın xatirəsinə həsr olunan ikinci beynəlxalq futbol turniri keçiriləcək. Bu haqda Qol.az-a "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib. 8 komandanın qatılacağı yarışda "Qəbələ"nin 16 yaşadək komandası da iştirak edəcək. Artıq turnirin püşkü atılıb. A qrupunda yarışacaq komandamızın rəqibləri "İnter" (Milan), "Dinamo" (Tiflis) və "Gent" (Belçika) olub. B qrupunda isə Kiyev və Zaqrebo "Dinamo" komandaları, Türkiyənin "Trabzonspor" və Hollandiyanın "AZ Alkmaar" komandaları mübarizə aparacaq. İlk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq və final üçün oynayacaq. 3-4-cü yeri tutanlar isə 5-6-cı yerlər uğrunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə