“Barselona” - PSJ oyununun hakimindən raport tələb edilib

“Barselona” - PSJ oyununun hakimindən raport tələb edilib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - PSJ cavab oyununun (6:1) hakimi Deniz Aytəkinin işindən narazı qalıb. SİA-nın məlumatına görə, "Marca"nın yaydığı xəbərdə bildirilir ki, qitə futbol qurumunun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina oyun haqqında raport tələb edib. Yaxın vaxtlarda D.Aytəkinin işinə qiymət veriləcək. Onun bu mövsüm və hətta gələn mövsüm də beynəlxalq turnirlərdən kənarda qala biləcəyi bildirilib.

Qeyd edək ki, oyundan sonra futbol ictimaiyətinin bir çox nümayəndələri bəzi epizodlar haqqında hakimin qərarlarından narazılıq ediblər. Xüsusilə də, görüşün 90+1-ci dəqiqəsində Suaresin cərimə meydaçasında yıxılmasından sonra təyin edilən penalti səhv qərar kimi qəbul edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə