"Liverpul"un 2 futbolçusu "Arsenal"a qarşı oynamayacaq

"Liverpul"un 2 futbolçusu "Arsenal"a qarşı oynamayacaq

"Liverpul"un futbolçuları Daniel Staric və Jordan Hernderson İngiltərə Premyer Liqasının 27-ci turunda "Arsenal"a qarşı oynamayacaqlar. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O bildirib ki, hər iki oyunçu zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaqlar. Qeyd edək ki, "Liverpul" - "Arsenal" matçı sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə