Aryen Robben: "Mənim üçün pul heç vaxt başlıca amil olmayıb"

Aryen Robben: "Mənim üçün pul heç vaxt başlıca amil olmayıb"

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben Çində oynamaq ehtimalının az olduğunu bildirib. SİA-nın məlumatına görə, o heç vaxt pula başlıca amil kimi baxmadığını qeyd edib: "Heç nəyi istisna etmək olmaz. Çində çox pul verirlər. Buna görə futbolçular orda oynamağın məqsədəuyğun olduğunu düşünməyə başlayıblar. Amma mənim üçün pul heç vaxt başlıca amil olmayıb. Bəlkə də, buna görə karyeram yaxşı alınıb. Həmişə birinci yerdə idman kriteriyalarını qoymuşam. Ona görə Çində oynamaq ehtimalım azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə