Rivaldonun oğlu Rumıniya klubunda

Rivaldonun oğlu Rumıniya klubunda

Braziliya futbolunun məşhur siması sayılan Rivaldonun oğlu Rivaldinyo yeni kluba transfer olub. SİA-nın məlumatına görə, iyirmi bir yaşlı hücumçu peşəkar karyerasını Rumıniyada davam etdirəcək. Buxarestin "Dinamo" klubunun rəsmi saytının məlumatında bildirib ki, gənc hücumçu ilə yaxın günlərdə 2020-ci ilin yayınadək müqavilə imzalanacağı nəzərdə tutulub.

Braziliyanın "B" seriyasındakı "Paysandu" komandasında forma geyinən sambaçı daha əvvəl karyerası ərzində "Boavişta", "Mogi Mirim" kimi klublarda da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə