"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib. SİA-nın məlumatına görə, "kimyaçılar" U-21 millimizin kapitanı Bəhlul Mustafazadənin keçidini həll edib. Futbolçu "Qəbələ"dən ilyarımlıq icarəyə götürülüb. 20 yaşlı Bəhlul "Sumqayıt"da 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Sumqayıt" bundan öncə "Qəbələ"nin digər gənc futbolçusu Ehtiram Şahverdiyevi heyətinə cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB