Rio Ferdinand “Mançester Yunayted”in futbolçularını tənqid edib

Rio Ferdinand “Mançester Yunayted”in futbolçularını tənqid edib

"Mançester Yunayted"in futbolçuları Pol Poqba və Cessi Linqard tənqid hədəfinə çevrilib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçuları "mankunianlar"ın keçmiş müdafiəçisi Rio Ferdinand tənqid edib. Belə ki, İngiltərə yığmasının sabiq üzvü Poqba və Linqardı sosial şəbəkədə paylaşdıqları videoya görə qınayıb.

Onun fikrincə, komanda gözlənilən nəticəni verə bilmədiyi halda, rəqs edib, əylənmək düzgün deyil: "Uşaqların soyunub-geyinmə otağında rəqs etməklərinin videosunu izlədim. Mən sosial şəbəkədə əylənməyin əleyhinə deyiləm. Amma komandanız turnir cədvəlində 6-cı pillədə qərarlaşıbsa, bunu etməməlisiz. "Mançester Yunayted" hələ Çempionlar Liqasına vəsiqə verən yerlərin birində də qərarlaşmayıb. Yəni hələ heç nə qazanmamısız. Titul əldə edənə kimi belə şeylər etmək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə