Rəşad Əhmədov: "İdmançılarımız yeni qaydalarla döyüşəcəklər" AÇIQLAMA
"Bu ay keçirilən respublika çempionatının nəticələrinə əsaəsən yığma komandanın heyətini müəyyənləşdirmişik. Hazırda yığmamız qarşıdan gələn yarışlara hazırlıq keçir". Bunu SİA-ya açıqlamasında Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandasının böyük məşqçisi Rəşad Əhmədov deyib.
O qeyd edib ki, milli komandamız yaxın günlərdə Türkiyənin Antalya şəhərində keçiriləcək klublararası Avropa çempionatında mübarizə aparacaq: "Bu yarışdan sonra yığma komandann heyətini tam şəkildə formalaşdıracağıq. Çempionatda həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdən ibarət yığma komandalarımız iştirak edəcək. Orada 2017-ci ildə edilən qayda dəyişiklikləri ilə bağlı seminarlar da keçiriləcək. Məşqçilərimiz həmin seminarlarda iştirak edəcəklər, idmançılarımız yeni qaydalarla döyüşəcəklər".
Böyük məşqçi bildirib ki, komandanın bu ilki əsas məqsədi dünya çempionatında və Azərbaycanda keçiriləcək "Bakı-2017" IV İslam Həmrəylik Oyunlarında uğurlu nəticələr qazanmaqdır.
O əlavə edib ki, milli komandaya gənclərdən ibarət yığmadan da perspektivli idmançılar dəvət olunublar. R.Əhmədov hazırlıqların Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq bazasında keçiriləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB