"Barselona"nın hücumçusu Lionel Messi evlənməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu uzun müddətdi birlikdə olduğu sevgilisi Antonelli Rokuçço ilə münasibətlərini rəsmiləşdirəcək. İspaniya mətbuatının məlumatına inansaq, cütlük toy tarixini 2017-ci ilə planlaşdırıb. Dəqiq gün haqqında isə hələ ki, məlumat verilmir. Ancaq bildirilib ki, mərasim Antonellinin doğulduğu Rosario şəhərində olacaq.
Qeyd edək ki, 2000-ci ildən birlikdə olan cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB