Finlandiya millisində yeni baş məşqçi təyin olunub

Finlandiya millisində yeni baş məşqçi təyin olunub

Finlandiya millisində baş məşqçi dəyişikliyi gerçəkləşib. Finlandiya Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən xəbərə görə, Xans Bakke istefaya göndərilib. Buna komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub. Boş qalmış baş məşqçi vəzifəsinə Markku Kanerva təyin edilib. Qeyd edək ki, Finlandiya DÇ-2018-in seçmə mərhələsində İ qrupunda 1 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə