Niyaməddin Paşayev: "Patimat Abakarova və Fəridə Əzizova Qran-pridə yarışa bilməyəcək" AÇIQLAMA
"Bakıda keçiriləcək taekvondo üzrə Qran-pri yarışının final mərhələsində (dekabrın 9-10-da) mübarizə aparacaq qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. Komandanın üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi turnirdə təmsil edə bilməyəcək". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
Vitse-prezident qeyd edib ki, hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi: "Həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam sağalmadığı aşkarlanıb və nəticədə onların turnirdə iştirak etməsi məqbul sayılmayıb".
Beləliklə, Qran-pri yarışının finalında qadın taekvondoçularımızdan ölkəmizi yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.
Komandalararası dünya çempionatında isə heyətdə dəyişiklik olmayıb. Ölkəmiz çempionata Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Ooginkdan (73 kq) ibarət heyətlə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB