Eddi İsrafilovun komandası məğlub olub

Eddi İsrafilovun komandası məğlub olub

İspaniya Sequndasında 16-cı turun görüşləri keçirilir. SİA-nın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadis" səfərdə "Ximnastik"in qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü bu matça ehtiyat oyunçular skamyasında başlayıb. O, qarşılaşmanın 73-cü dəqiqəsində komanda yoldaşının əvəzinə meydana daxil olub.

Qeyd edək ki, 16 turdan sonra 21 xalı olan "Kadis" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə