Şaban Donat: “Övladlarım basketbolçu kimi Azərbaycanda yetişiblər"
"Övladlarım basketbolçu kimi Azərbaycanda yetişiblər. Onların idmançı kimi formalaşmasında Azərbaycan məşqçilərinin böyük rolu var". Bunu SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının türkiyəli böyük məşqçi Şaban Donat deyib.
O, övladlarının hazırda Azərbaycan milli komandasında oynaqdıqlarını qeyd edib: "Oğlanlarımın birinin adı Ərcan, digərinin isə Həmzədir. Birinin boyu 2 metr 30 santimetr, digərinin isə 2 metr 50 santimetrdir. Hər ikisi bu növdə Azərbaycan məşqçilərinin rəhbərliyi altında peşəkarlaşıblar. Onlar kadetlərdən ibarət Azərbaycan milli komandasında oynayırlar. Yığma komanda ilə Avropa çempionatında gümüş medal qazanıblar. "Fənərbaxça" klubu da onları Azərbaycan yığmasında görüb və bəyənərək komandaya dəvət edib. Hazırda klub olaraq "Fənərbaxça"nın formasını geyinirlər. Ancaq Azərbaycan millisinin oyunları olanda yığma komandaya qoşulurlar. Artıq Azərbaycan basketbolunda inkişaf mərhələsi başlayıb. Övladlarımın yığma komandaya faydalı olması məni sevindirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB