Tərlan Əhmədov yubileyini qeyd edir 45 YAŞ

Tərlan Əhmədov yubileyini qeyd edir 45 YAŞ

Bu gün AZAL futbol klubunun baş məşqçisi Tərlan Əhmədovun yubileyidir. SİA-nın məlumatına görə, 1971-ci il noyabrın 17-də anadan olan mütəxəssis 45 yaşını qeyd edir.

T.Əhmədov futbolçu karyerası ərzində milli komandada, Azərbaycanın ən iddialı klublarında oynayıb və ölkədən kənarda legioner həyatı yaşayıb. O, "Termist" (Bakı), "Neftçi" (Azərbaycan), "Turan" (Azərbaycan) , "Terek" (Rusiya), "Qarabağ" (Azərbaycan) , "Anji" (Rusiya), "Şəfa" (Azərbaycan) , "Fakel" (Rusiya), "İstiqlal" (İran), "Volın" (Ukrayna), "Karvan" (Azərbaycan) və "Olimpik-Şüvəlan"ın (indiki AZAL, Azərbaycan) formasını geyinib. 1992-2005-ci illərdə milli komandamızda 73 oyun keçirən T.Əhmədov kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardandır.

1990-cı ildə Avropa çempionu titulunu qazanan müdafiəçi 2009-cu ildən məşqçi kimi fəaliyyət göstərir. Mütəxəssis məşqçi karyerasına "Xəzər Lənkəran" klubunda başlayıb. O, cənub təmsilçisinin baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi təyin edilib. T.Əhmədov 2011-2013-cü illərdə "Neftçi"də baş məşqçinin köməkçisi və əvəzləyicisi kimi fəaliyyət göstərib. Mütəxəssis 2014-cü ildə AZAL klubunun baş məşqçisi təyin olunub və bu postda fəaliyyətini davam etdirir.

"Səs" Media Qrupun kollektivi baş məşqçini yubileyi münasibətilə təbrik edir, ona karyerasında daha böyük uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə