AZAL milli komandanı məğlub etdi

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL 2-ci yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, "təyyarəçi"lər Yaşar Vahabzadənin rəhbərlik etdiyi 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşıblar. "Dalğa Arena"da baş tutan oyun Şüvəlan təmsilçisinin üstünlüyü ilə keçib. AZAL hər hissədə bir dəfə fərqlənib. İlk hissənin əvvəlində Rəşad Abdullayev, ikinci hissənin sonunda isə Tural Hümbətov topu rəqib qapısından keçirib. U-21 isə qarşılaşmada qol vura bilməyib.

Baş məşqçi Tərlan Əhmədov oyunda gənc futbolçulara da şans verib.

Xatırladaq ki, AZAL fasilə müddətində ilk yoxlama oyununda "Liman"ı 18:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə