Baş məşqçi: "Avropa çempionatından ən az 2-3 medal gözləyirik" AÇIQLAMA
"Hazırda Bolqarıstanın Sofiya şəhərində bu ölkənin yığma komandası ilə birlikdə təlim-məşq toplanışdayıq. Burada noyabrın 14-də başlayacaq qadınlar arasında boks üzrə Avropa çempionatına hazırlaşırıq. Komadamız bütün gücü ilə məsul yarışda yüksək nəticə göstərmək üçün mübarizə aparacaq". Bunu SİA-ya açıqlamasında hazırda Bolqarıstanda olan qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Elbrus Rzayev deyib.
O qeyd edib ki, milli komandamız hazırlığın ilk mərhələsini Azərbaycanda keçib: "Bakıda 12 gün ümumi fiziki hazırlığa üstünlük verdik. Bolqarıstanda isə texniki və taktiki məşqlər keçirik. Buradakı toplanışımız14 gün davam edəcək. Təlim-məşq toplanışı çərçivəsində sparrinq döyüşlər də nəzərdə tutulub".
Baş məşqçi yetirmələrinin uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Avropa çempionatından ən az 2-3 medal gözləyirik. Ən güclü rəqiblərimiz Rusiya, Ukrayna, Böyük Britaniya, Fransa, Türkiyə və İtaliya idmançılarıdır. Boksçularımız bütün gücləri ilə döyüşərək, medallar qazanmağa çalışacaqlar. Avropa çempionatından medllarla qayıtmağı hədəfləmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB