PSJ-nin səfər qələbəsi

Fransa Liqasında 11-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə PSJ "Lill"in qonağı olub. Oyun Paris klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xalını 23-ə çatdıran paytaxt təmsilçisi 2-ci pilləyə yüksəlib. "Nitsa" 26 xalla liderdir. "Monako" isə 22 xalla üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə