Sergey Kirilov: "Azərbaycan yığması nümayiş etdirdiyi futbolla səviyyəli komanda olduğunu göstərdi"

Sergey Kirilov: "Azərbaycan yığması nümayiş etdirdiyi futbolla səviyyəli komanda olduğunu göstərdi"

21 yaşadək futbolçulardan ibarət yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatan Moldova millisi ilə (U-21) yoldaşlıq oyunundan sonra rəqib komandanın baş məşqçisi Sergey Kirilov fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Maraqlı oyun oldu. Çox layiqli rəqiblə qarşılaşdıq. Azərbaycan yığması nümayiş etdirdiyi futbolla səviyyəli komanda olduğunu göstərdi. Öz komandamın oyununa gəlincə, təəssüf ki, məşqlərdə verdiyim tapşırıqların icrasını oyunda görmədim. Rəqibimizə gələcək oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə