Amerikalı basketbolçusu ilk məşqindəcə dünyasını dəyişdi

Amerikalı basketbolçusu ilk məşqindəcə dünyasını dəyişdi

Makedoniyanın "Oxrid" klubunda çıxış edən ABŞ basketbolçusu Kemeron Mur elə ilk məşqindəcə dünyasını dəyişib. "Report"un sportando.com-a istinadən verdiyi məlumata görə, 25 yaşlı idmançının ölümünə ürəyindəki problemlər səbəb olub. Mur peşəkar karyerası ərzində Ukrayna və İtaliyanın müxtəlif klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə