Ser Aleks Ferqyuson İngiltərədə ən yaxşı məşqçi seçildi

Ser Aleks Ferqyuson İngiltərədə ən yaxşı məşqçi seçildi
İngiltərə Futbol Liqası Məşqçiləri Assosiasiyası, artıq başa çatan 2010-2011-ci illər mövsümü üzrə ən yaxşı məşqçinin adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bütün 4 peşəkar futbol liqasının səsverməsi nəticəsində, yenidən İngiltərə çempionu olan "Mançester Yunayted" futbol klubunun şotlandiyalı baş məşqçisi Ser Aleks Ferqyuson ən yaxşı məşqçi adını qazanıb. Artıq 25 ildir ki, "qırmızı şeytanların" sükanı arxasında olan S.A.Ferqyuson, ona göstərilən etimada görə həmkarlarına təşəkkür edib və əlavə edib ki, yola saldığımız ötən il İngiltərə Premyer Liqası üçün çox mürəkkəb və çətin keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə