Mahir Şükürov "Neftçi"də!

"Neftçi"nin sabiq müdafiəçisi Mahir Şükürov karyerasını bərpa etmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, o, bu həftədən etibarən "Neftçi"nin bazasında məşqlərə start verib. Şükürov formasını bərpa etdikdən sonra azad agent kimi klubla müqavilə imzalayacaq.

Qeyd edək ki, Mahirin sonuncu klubu Türkiyə "Karşıyaka"sı olub. O, bu komandadan ötən ilin aprel ayında ayrılandan sonra futbol oynamırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə