Valeri Çalıy: “Baku Crystal Hall”da ideal şərait yaradılıb" AÇIQLAMA
"Azərbaycanda güclü şahmat ənənələri var. Şahmatçılarınız beynəlxalq yarışlarda uğurla mübarizə aparır və ölkənizi layiqincə təmsil edirlər". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Ukrayna nümayəndə heyətinin üzvü Valeri Çalıy deyib.
Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən V.Çalıy iki il əvvəl Bakıda təşkil olunan şahmat turnirinə də qatıldığını vurğulayıb: "Azərbaycanda hər bir yarış əvvəlkindən daha yüksək səviyyədə təşkil olunur. Ölkəniz təşkilatçılıq baxımından digər ölkələrə nümunədir. 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi "Baku Crystal Hall"da da hər bir şahmatçının arzu etdiyi ideal şərait yaradılıb. Hesab edirəm ki, məhz bu baxımdan Bakı Olimpiadası şahmatçıların yaddaşında xoş xatirələrlə qalacaq".
Paytaxt Bakının gözəlliyinə valeh olduğunu deyən qonaq Azərbaycana yenidən qayıtmaq arzusu ilə ölkəmizdən ayrılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB