Çinin qadın xokkeyçiləri Bakıya niyə gəliblər?

Çinin qadın xokkeyçiləri Bakıya niyə gəliblər?
Dünən Çin Xalq Respublikasının qadın otüstü xokkeyçilərdən ibarət milli komandası bir həftəlik təlim-məşq toplanışı keçmək üçün Bakıya gəlib. Siasport.az saytı xəbər verir ki, hazırkı Asiya çempionları artıq London Yay Olimpiya Oyunlarına vəsiqəni də özlərinə təmin ediblər. İkitərəfli razılığa əsasən Çin xokkeyçiləri məşqlərlə yanaşı, 2011-ci ilin 24-30 avqust tarixində Almaniyada keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycan yığması ilə 4 yoxlama matçında qüvvələrini də sınayacaqlar. Oyunlar mayın 3, 4, 6 və 7-də keçiriləcək. Mayın 8-nə qədər Bakıda olan Çin xokkeyçiləri sonra İngiltərəyə səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə