Fabreqas \"Arsenal\"a \"Əlvida\" deyib \"Barselona\"ya qayıdır!

Fabreqas \"Arsenal\"a \"Əlvida\" deyib \"Barselona\"ya qayıdır!
Ard-arda gələn ugursuzluqlar və xal itkiləri, İngiltərənin \"Arsenal\" futbol klubunu da çalxalamağa başlayıb. Siasport.az saytı xəbər verir ki, Arsen Vengerin yetirmələri bir neçə həftə əvvəl əllərinə düşən çempionluğa əsas namizədlərdən biri olmaq şansını, yaşanan məğlubiyyət və xal itkilərindən sonra \"Mançester Yunayted\"ə təhvil vermiş oldular. Amma \"topçuları\" daha kritik bir böhran gözləyir. Məsələ burasındadır ki, \"Liverpul\"un başına gələnlər \"Arsenal\"ı da bürümək üzrədir. Artıq klubun ulduz futbolçuları cəmi bir aydan sonra qurtaracaq mövsümü səbirsizliklə gözləyirlər. Təbii ki, \"Arsenal\"la yeni müqavilə bağlamaq üçün deyil, başqa klublara transfer olmaq üçün. İlk addımı isə kapitan Sers Fabreqas atmağa hazırlaşır. İngiltərənin yüksək tirajlı qəzetlərindən olan \"The Sun\" yazır ki, təxminən 40 milyon dollar transfer qiyməti olan S.Fabreqas, menecerinə mövsüm bitən kimi \"Arsenal\"la yollarını ayırmaq istəyində olduğunu və gələn transfer təkliflərini dəyərləndirmək istədiyini bildirib. Qəzet yazır ki, S.Fabreqası daha çox \"Barselona\" heyətinə qatmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə