GDÇ-2016: Sərbəst güləşçilər komanda hesabında ikinci olublar FOTOLAR

GDÇ-2016: Sərbəst güləşçilər komanda hesabında ikinci olublar FOTOLAR

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

Qızıl medalı yığmamıza 55 kq çəkidə yarışan Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüblər.

Komanda hesabında 49 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə