"Trabzonspor" çempionluq şansını "Fənərbaxça"ya verdi!

"Trabzonspor" çempionluq şansını "Fənərbaxça"ya verdi!

Türkiyənin "Trabzonspor" futbol klubu çempionluq yolunda böyük bir zərbə alıb. Siasport.az saytı xəbər verir ki, dünən axşam səfərdə "Eskişehirspor" futbol klubunun qonağı olan "qara dəniz fırtınası", meydan sahiblərinin müqavimətini qıra bilməyib və bununla da çempionluq uğrunda mübarizədə əsas rəqibi "Fənərbaxça"ya böyük hədiyyə bağışlayıb. Məsələ burasındadır ki, hazırda 70 xalı olan "Trabzonspor" klubu, İstanbul təmsilçisinin bu gün səfədə Türkiyə Superliqasında zəif komanda təsiri bağışlayan "Bucaspor" üzərində qələbə qazanacağı təqdirdə, liderliyi əldən verəcək. Bu halda "Fənərbaxça"nın da xalı 70-ə çatacaq və şəxsi göstəricilərinə görə "sarı lacivərtlilər" çempionatın sonuna 4 tur qalmış lider olacaqlar. Bundan sonra çempionluq istəyində olan "Trabzonspor"a qalan qarşılaşmalarda uduzmamaq və ancaq "Fənərbaxça"nın xaı itirməsi üçün allaha dua etməsi lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə