"Rusiya paralimpiyaçılarının lisenziyalarının ləğv edilərək, digər ölkələrin idmançıları arasında bölünməsi heç də ürəkaçan addım deyil. Uzun illər hazırlıq keçən əlil idmançıların yarışlara buraxılmaması ən azı Allaha xoş getməz". Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O, həmçinin Rusiya idmançılarının ləğv edilən lisenziyalarından 3-nün əlavə olaraq Azərbaycan paralimpiyaçılarına verilməsi ilə bağlı fikirlərini bildirib: "Lisenziya qazanmayan idmançı Paralimpiya oyunlarına necə iştirak edə bilər? Ümumiyyətlə, Rusiya paralimpiyaçılarının lisenziyalarının ləğv edilərək, digər ölkələrin idmançıları arasında bölünməsi və onlardan da 3-nün Azərbaycan paralimpiyaçılarına verilməsi ilə bağlı məhkəmənin qərarı olmalıdır. Hazırda məhkəmənin qərarını gözləyirik və qəraradək lisenziyaların Azərbaycan paralimpiyaçıları arasında hansısa prinsip əsasında bölünməsi haqda düşünmürük".
Xatırladaq ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək keçiriləcək. "Rio -2016" Yay Paralimpiya Oyunlarına Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB