"Kəpəz" U-21 ilə qarşılaşacaq

"Kəpəz" U-21 ilə qarşılaşacaq

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranmış fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirəcək.SİA-nın məlumatına görə, Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib. "Sarı-göylər" Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə