"Son 20 dəqiqədə sakitliyimi qorumaq istədim. Emosiyaya qapılmadım". SİA-nın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Maribor"la görüşdən sonra deyib. "Qəbələ"ni ardıcıl 2-ci il Avroliqanın qrup mərhəəsinə daşıyan ukraynalı mütəxəssis matçdan sonra "CBC-Sport"a verdiyi açıqlamada komandasının səhvlər etdiyini bildirib: "Psixoloji hazırlıq baxımından böyük iş gördük. Amma oyun baxımından çatışmazlıq vardı. Oyunçular səhvlər edirdilər. Fasilədə dedim ki, bunları aradan qaldırmaq lazımdır".
R.Qriqorçuk ötənilki il ilə indiki komandasını müqayisə etmək istəməyib: "İki ildir eyni ssenari üzrə işləyirik. Bu mövsüm komandanı yenilədik. Mənim "Qəbələ"yə sevgim o qədərdir ki, ötənilki ilə indiki komandanı müqayisə edə bilmirəm. Çalışacağıq daha da inkişaf edib, yaxşı nəticələr qazanaq. Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik".
"Qəbələ"nin çalışdırıcısı sonda heyəti gücləndirməli olduqlarını vurğulayıb: "Desəm ki, transfer olmayacaq, gülməli çıxar. Hazırda komandaya 2 futbolçu lazımdır ki, bunun da biri hücumçu olmalıdır. Yeni oyunçular rəqabəti gücləndirməlidirlər. Amma kor-koranə transfer də etməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB