İnna Osipenko-Radomskaya "Rio-2016"da yarımfinala yüksəlib

İnna Osipenko-Radomskaya "Rio-2016"da yarımfinala yüksəlib

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya seçmə mərhələdə uğurla çıxış edib. SİA-nın məlumatına görə, idmançımızın seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

Məsafəni 1 dəqiqə 51.750 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə