Həmzət Ağayev: \"\"Paris Yunayted\" üzərində 5:0 hesablı qələbə ürəyimizcə olar\"

Həmzət Ağayev: \"\"Paris Yunayted\" üzərində 5:0 hesablı qələbə ürəyimizcə olar\"

Dünya boks seriyasının ilk yarımfinal görüşü ərəfəsində "Baku Fires" və "Paris Yunayted" klubunun rəsmiləri və bokçu heyəti ənənəvi mətbuat konfransını keçirib. Siasport.az saytı xəbər verir ki, "Paris Yunayted" klubunun baş məşqçisi Kevin Rabaud komandasının Azərbaycana güclü heyətlə gəldiyini və yalnız qələbəyə oyanayacaqlarını bildirib. "Baku Fires" klubunu güclü rəqib adlandıran qonaq hesabla bağlı proqnoz verməyəcəklərini dedi.

"Baku Fires"in baş məşqçisi Həmzət Ağayev sabah 5:0 hesablı qələbə qazanmaq istədiklərini söylədi: "Finala çıxmaq istəyirik. Ona görə qələbə qazanmaq istəyirik. 5:0 hesablı qələbə ürəyimizcə olar. Qələbəyə inanıram"

"Baku Fires"in baş meneceri Rizvan Gənciyev isə gələn ildən komandanın Avropa qrupunda mübarizə aparacağını dedi: "Asiyada bütün rəqiblərimizi üstələmişik. Gələn mövsümdən Avropada mübarizə aparacağımız gözlənilir. Artıq yarışda yeni ölkələrin iştirakı dəqiqləşir. İngiltərə, Hindistan, Almaniyada WSB-də yarışmaq istəyini bildirib".

54 kq

Məhəmməd Əbdülhəmidov (Baku Fires, Azərbaycan) – Giorgi Kilanava (Paris United, Gürcüstan)

61 kq

Semyon Qrivaçyov (Rusiya) – Abdelkader Çadi (Əlcəzair)

73 kq

Məhəmməd Nuritdinov (Belarus) – Stefan Kuevas (Fransa)

85 kq

Denis Poyatsıka (Ukrayna) – Lüdovik Qroque (Fransa)

91+kq

Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Toni Yoka (Fransa)

Aprelin 9-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək "Baku Fires" – "Paris United" görüşü saat 19.30-da başlayacaq. Qeyd edək ki, cavab qarşılaşması aprelin 15-i Parisin Palais Des Sports Marcel Cerdan kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə