FAİREX “Ümid” yarışlarının vaxtını dəyişdirdi

FAİREX “Ümid” yarışlarının vaxtını dəyişdirdi
Aprelin 9-dan 10-dək yeniyetmə və gənclər üçün keçirilməsi nəzərdə tutulan qayayadırmanma üzrə "Ümid" yarışlarının vaxtı dəyişilərək 16-17 aprel tarixlərinə keçirilib. Siasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növlər Federasiyasının rəhbəriliyi ilə fəal üzvlərin görüşündə qərar verilib. Görüşdə həmçinin "Ümid" yarışlarının II mərhələdə-Bakıda qapalı şəraitdə süni relyefdə (skaladromda) və Nardaranda təbii qayalıqlarda 3 növ üzrə keçirilməsi üçün "Əsasnamə" təsdiq olunub.

Federasiyada bir sıra başqa görüşlər və müzakirələr keçirilib. Bu sırada Bakıda fəaliyyət göstərən "Green Rock" süni qayalığın (skaladrom) rəhbərliyi ilə qarşılıqlı fəaliyyət barədə razılığa gəlinib. Bundan sonra FAİREX-in idmançılarının "Green Rock"da məşqlər etmək və yarışlar keçirmək imkanı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə