Bu gün XXXI Yay Olimpiya Oyunlarınında Azərbaycanın 6 atleti mübarizə aparacaq. SİA-nın məlumatına görə, atletlərimiz idmanın üç növü – boks, kamandan oxatma və akademik avarçəkmə üzrə yarışacaqlar.
Olqa Senyuk qadınlar arasında kamandan oxatma üzrə fərdi yarışda mübarizə aparacaq. Onun 1/32 final mərhələsində rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də başlayacaq.
Kişilər arasında akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Boris Yotov cütlüyü isə saat 17:30-da başlayacaq yarımfinalda mübarizə aparacaqlar.
Günün yekunu boksçularımızdan gələcək. Əvvəlcə rinqə 1/16 final (təsnifat) mərhələsində 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Saat 19:15-də mübarizəyə qatılacaq boksçumuzun rəqibi çinli Minqanq Caoya olacaq.
Gecə saat 00:45-də isə Albert Səlimov rinqə çıxacaq. Boksçumuz 60 kq çəkidə 1/16 (təsnifat) finalda Oliver Coys David mavrikiyalı Merven Klairdən üstün olmağa çalışacaq.
Məhəmmədrəsul Məcidov (+91 kg) 1/16 final (təsnifat) mərhələsində günün sonuncu döyüşünə çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Mohammed Arjaoui ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB