"Fənərbaxça"nın ulduz futbolçusu Robin van Persi baş məşqçi Vitor Pereyra haqda xoşagəlməz ifadələr işlədib. SİA-nın məlumatına görə, futbolçu rəhbərliyin portuqaliyalı mütəxəssislə davam etmək qərarına etirazını bildirib. Van Persi fikirlərini meneceri Kis Vosa bildirib. Menecer isə rəhbərliyə bu haqda məlumat verib: "Van Presinin zədəsi önəmli deyil. O, yaxşı formadadır. Buradakı yeganə problem isə V.Pereyradır. Van Persi çempionluğa oynayan, uğur əldə edən komandada mübarizə aparmaq istəyir. Ancaq Pereyranı məlumatsız hesab edir və onunla komandanın qan itirdiyini düşünür. Van Persinin uğurlu olmasını istəyirsinizsə, baş məşqçini dəyişməlisiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB