"Sumqayıt" 2 futbolçu transfer edib

"Sumqayıt" 2 futbolçu transfer edib

Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu heyətini gücləndirib. SİA-nın məlumatına görə, komanda İran Pro-liqasında çıxış edən "Traktorsazi" və "Perspolis" klublarının sabiq futbolçuları, əslən azərbaycanlı olan İbrahim Abidnejad və Əfşin İsmailzadə ilə müqavilə bağlayıb. Sözügedən futbolçular iki il "Sumqayıt"da top qovacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə