İstanbulun "Beşiktaş" futbol klubunun baş məşqçisi Bernd Şuster istefa verib. Siasport.az saytı xəbər verir ki, martın 13-də klub prezidenti Yılıdırm Dəmirörənlə klubdakı acınacaqlı nəticələri müzakirə etdikdən sonra bir xeyli götür-qoy edən almaniyalı futbol mütəxəssisi, nəhayət dünən axşam qərarını klub rəhbərliyinə çatdırıb. "Beşiktaş" futbol klubunun bu mövsüm uğursuz çıxışını, komandadakı uğursuz atmosferi, Avropa liqasında rüsvayçı məğlubiyyəti, xüsusi ilə məhz onun istəyi ilə milyonlarla dollar pul hesabına transfer olunan ulduz futbolçuların gözlənilən nəticələri verməmələrini nəzərə alan "Real"ın keçmiş baş məşqçisi dünən istefa ərizəsini Y.Dəmirörənə təqdim edib. Verilən məlumata görə baş məşqçinin istefasını qəbul edən klub prezidenti, mövsümün sonuna qədər İstanbul klubunu B.Şusterin köməkçisi Tayfur Havutçuya etibar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB