\"Milan\" \"Rubin\"in futbolçusunu transfer etmək istəyir

\"Milan\" \"Rubin\"in futbolçusunu transfer etmək istəyir
Seriya A-nın hazırki lideri \"Milan\" müdafiə xəttini gücləndirmək üçün \"Rubin\"in futbolçusu Kristian Ansaldini komandaya cəlb etmək istəyir. Siasport.az saytı xəbər verir ki, \"Rossonerlər\" 24 yaşlı müdafiəçini \"Milan\"a gətirmək üçün mövsümün sonunda danışıqlara başlayacaq. 2008-ci ildə \"Nevells Old Boyz\"dan 3,6 milyon avro qarşılığında Kazan təmsilçisinə transfer olunan Ansaldi göstərdiyi oyunla Argentina yığma komandasına da çağırılıb. Əgər Ansaldinin transferi baha başa gələrsə, o zaman \"Milan\" rəhbərliyi mövsümün sonunda \"Roma\" ilə müqavilə müddəti bitəcək Meksesə \"elçi düşəcəklərini\" bildirib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə