\"Neftçi\"-\"Xəzər Lənkəran\" matçından öncə Kamal Quliyevin futbolla vida mərasimi keçiriləcək

\"Neftçi\"-\"Xəzər Lənkəran\" matçından öncə Kamal Quliyevin futbolla vida mərasimi keçiriləcək
Sabah keçiriləcək NBC Bank Azərbaycan kubokunun \"Neftçi\"-\"Xəzər Lənkəran\" ¼ final matçında vaxtilə flaqmanın və yığmamızın şərəfini qoruyan Kamal Quliyev futbolla rəsmən vidalaşacaq. Siasport.az saytı xəbər verir ki, \"Neftçi\" PFK-nın rəhbərliyinin təşəbbüsü ilə kubok görüşünün ilk oyunundan əvvəl Kamal Quliyevin futbolla vida mərasimi təşkil olunacaq. \"Neftçi\"nin formasında Tofiq Bəhramov adına Respublika stadionunun meydançasına daxil olacaq futbolçuya xatirə hədiyyələri təqdim ediləcək. \"Neftçi\"-\"Xəzər Lənkəran\" qarşılaşmasından öncə topa ilk zərbəni məhz Kamal Quliyev vuracaq.


Qeyd edək ki, 1976-cı ildə dünyaya gələn Sumqayıt futbol məktəbinin yetirməsi Kamal Quliyev ölkə çempionatında \"Neftçi\"nin heyətində 1997/1998-ci il mövsümündə debüt edib. İlk mövsümdə flaqmanın heyətində 19 oyunda meydana çıxan futbolçu, 2 dəfə fərqlənə bilib. Həmçinin, həmin mövsüm Kamal Quliyev 5 dəfə ölkə kuboku çərçivəsində \"ağ-qara\" formanı geyib. Futbolçu müvafiq olaraq 1998/1999-cu il (36 oyun, 6 qol); 1999/2000-ci il ( 25 oyun, 6 qol); 2000/2001-ci il (26 oyun, 8 qol); 2001/2002-ci il ( 24 oyun, 2 qol) ümumi olaraq 135 oyunda iştirak edərək, rəqib qapılarından 24 qol keçirib. Kamal Quliyev \"Neftçi\"nin heyətində 1999 və 2000-ci ildə bürünc, 2001-ci ildə isə gümüş medal qazanıb. Həmçinin Quliyev 1999-cu ildə ölkə kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com