Çempionlar Liqasından fərqli olaraq dünən gecə UEFA Avropa Liqasında 1/6 final mərhələsinin cavab daha bir qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, Portuqaliya təmsilçisi "Porto", ilk oyunda 2:1 hesabı ilə məğlub etdiyi İspaniyanın "Seviliya" futbol klubunu qəbul edib. Portuqaliyalılar daha çox rəqib meydanında əldə etdikləri qələbəni qorumağa çalışıblar ki, bu da sonda onların qapısına vurulan qolla nəticələnib. Belə ki, oyunun 55-ci dəqiqəsində meydana çıxan Luiş Fabiyano qarşılaşmanın 71-ci dəqiqəsində "Porto"nun qapısına qol vurub. Amma oyunda başqa qol qeydə alınmayınca Portuqaliya təmsilçisi Avroliqanın növbəti mərhələsinə yüksələrək "Seviliya"nı evə əliboş yollayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB