Bu gün "Avro-2016"da 1/4 final mərhələsinə yekun vurulur. Son bir oyunla sonuncu yarımfinalçının adı bəlli olacaq.
Meydan sahibi Fransa çempionatda sürpriz nəticələri ilə yadda qalan İslandiya millisi ilə qarşılaşır. Bu cütün qalibi yarımfinalda Almaniya ilə görüşəcək. Komandalar matça aşağıdakı qeyd edilən "11"liklə çıxıb:
Fransa: Lyoris (k), Evra, Qrizmann, Paye, Jiru, Matyuydi, Poqba, Sissoko, Sanya, Kostselnı, Yumtiti.
İslandiya: Halldoursson, Sevarsson, Siqurdsson, Qusmundsson, Byarnason, Siqtorsson, Siqurdsson, Arnason, Bedvarsson, Qunnarsson (k), Skulaso.
Qeyd edək ki, Almania ilə yanaşı Portuqaliya və Uels də artıq yarımfinaldadır.
Avropa çempionatı, 1/4 final
23:00. Fransa - İslandiya - 5:2 (oyun bitdi)
Qol: Jiru, 13 (1:0), Pol Poqba, 20 (2:0), Paye, 43 (3:0), Qrizmann, 45 (4:0), Siqthorson, 56 (4:1), Jiru, 59 (5:1), Byarnason, 84 (5:2)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Majiç
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB