İyulun 1-3-də İstanbulda təşkil edilməsi planlaşdırılan basketbol üzrə U-20 qızlar turniri təxirə salınıb. SİA-nın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, Atatürk Hava Limanında törədilən terror hadisəsi səbəbindən öncə Fransa, daha sonra Almaniya və Polşa komandaları İstanbula gəlməkdən imtina ediblər. Onlar idmançılar və valideynlərinin istəyi ilə səfəri təxirə saldıqlarını, terrorda həyatını itirənlərə görə kədərləndiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB