Avropa çempionatında ilk yarımfinalçı müəyyənləşəcək

Avropa çempionatında ilk yarımfinalçı müəyyənləşəcək

Fransada keçirilən futbol üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, bu gün yarışın 1/4 final mərhələsinə start veriləcək. İlk yarımfinalçının adına Polşa - Portuqaliya matçında aydınlıq gələcək.

Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.

AÇ-2016
1/4 final
30 iyun

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brıx (Almaniya).
Marsel. "Velodrom" stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə