Azərbaycanın ən güclü gimnastları I Gran-Pri turnirində iştirak edəcəklər

Azərbaycanın ən güclü gimnastları I Gran-Pri turnirində iştirak edəcəklər

Azərbaycanın tanınmış bədii gimnastları I Gran-Pri turnirində iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, yarış gələn həftə Macarıstanda keçiriləcək. Yarışda Azərbaycanın ən güclü gimnastları sayılan Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva iştirak edəcək.

Qeyd edək ki, turnirdə həmçinin qrup komandaları da mubarizə aparacaqlar. Mübarizəyə Azərbaycanın böyüklərindən və yeniyetmələrindən ibarət qrup komandaları da qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə