Kristian Horner: "Bakı Şəhər Halqası təhlükəli deyil" AÇIQLAMA

Kristian Horner: "Bakı Şəhər Halqası təhlükəli deyil" AÇIQLAMA

Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Pri yarışlarında çıxış edən "Red Bull Racing" komandasının rəhbəri Kristian Horner hesab edir ki, Bakı Şəhər Halqası təhlükəli deyil. SİA-nın məlumatına görə, Kristian Horner deyib: "Bakı trasının öz xüsusiyyətləri var. Bu tras Monako trasından təhlükəli deyil. Bütün yürüşçülər üçün bərabər şərait yaradılıb. Bu tras bir növ köhnə məktəb nümunəsidir. Bizi maraqlı Qran-Pri gözləyir. Fikrimcə, əgər FİA (Beynəlxalq Avtomobil Federasiyası) bu trası təhlükəli hesab etsəydi, bizim burada yürüş keçirməyimizə icazə verməzdi".

Bütün xəbərlər Facebook səhifəmizdə