Azərbaycan Premyer Liqasının XX turunun oyununa hazırlaşan AZAL təlim-məşq toplanışına başlayıb. Siasport.az saytı xəbər verir ki, \"Airport\" otelində məşkunlaşan komanda dünən Şüvəlan stadionunda ilk məşqinə çıxıb. Səhər məşqini fiziki hazırlığa sərf edən və əsasən trenajorda çalışan futbolçular axşam klubun yeni stadionunda meydançaya çıxıb. Ot örtüyü yeni istifadəyə verilmiş və tikinti-quraşdırma işləri hələ də davam edən Şüvəlandakı stadionda AZAL böyük izdihamla qarşılanıb. Belə ki, saat 17.30-da başlayan və projektor altında keçirilən məşqi təxminən 300 azarkeş izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB