\"Qarabağ\" sabah başlayır

\"Qarabağ\" klubu sabah məşqlərə başlayır. Siasport.az saytı xəbər verir ki, fevralın 7-də Antalyadan Bakıya dönən komanda 2 günlük fasilədən sonra çalışmalara start verir. Sabah komanda 11:00-da bazaya yığışacaq. Saat 15:00-da isə Ağdam təmsilçisi \"Qəbələ\" ilə oyunun hazırlığı üçün ilk məşqinə çıxacaq. Yeri gəlmişkən, komandanın \"Qəbələ\" ilə oyununun keçirilmə vaxtı müəyyənləşib. Bazar günü Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun 14:00-da start götürəcək.
Onu da qeyd edək ki, \"Qarabağ\" çalışmalara milli futbolçularsız başlayacaq. Komandanın yeni transferləri Nderim Nedzipi və Bojan Pavloviç bu gecə Bakıya gələcək. Yeni transferlər sabah komanda ilə məşqə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə