Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kieçirilən yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi başa çatıb. Siasport.az saytı xəbər veirr ki, yarışda "Gənclik" İK, "Qızıl Əlcək" İK, "Məhsul" İC, "Turan" İK, "Sərhədçi" İOM, "MOİK", "ROİL", "Neftçi" İSM, 13 №-li UGİM, "Lokomotiv" İSM, 8 №-li UGİM, "DİN" İC, "Zenit" İC, "Qalib" İK, "Rabitə" İK, RİOEUGİM, "Hövsan" OİK kimi 18 idman cəmiyyətini təmsil edən 182 iştirakçı 13 çəki üzrə (46 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 66 kq, 70 kq, 75 kq, 80 kq, +80 kq) mübarizə aparıb.
Birincilikdə 46 kq çəki dərəcəsində I yerə Xəyyam Məmmədov (Neftçi İSM), 48 kq çəki dərəcəsində I yerə Malik Muradov (Təhsil RİM), 50 kq çəki dərəcəsində I yerə Məsud Yusifzadə (Rabitə İK), 52 kq çəki dərəcəsində I yerə Ceyhun İbrahimli (Neftçi İSM), 54 kq çəki dərəcəsində I yerə Peyman Yusifli (Rabitə İK), 57 kq çəki dərəcəsində I yerə İman Əhmədli (Zenit İK), 60 kq çəki dərəcəsində I yerə Rövşən Musayev (Neftçi İSM), 63 kq çəki dərəcəsində I yerə Bədir Bədirov (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Nəbi Bağırov (Təhsil RİM), 70 kq çəki dərəcəsində I yerə Orxan Mayıllı (Neftçi İSM), 75 kq çəki dərəcəsində I yerə Rahil Məmmədli (Məhsul İK), 80 kq çəki dərəcəsində I yerə Teyfur Məmmədli (DİN), +80 kq çəki dərəcəsində I yerə Məhəmmədəli Tahirov (Neftçi İSM) layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB