Millimiz qələbə qazandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Macarıstanın B millisinə seleksiya məqsədilə dəvət olunmuş futbolçulardan təşkil edilən komanda ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Macarıstan yığmasının qapısından topları Emin Cəfərquliyev və Şəhriyar Xəlilov keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə