“Mançester Yunayted”in baş məşqçisi ingilis klublarını “topa tutdu”!
"Mançester Yunayted" futbol klubunun baş məşqçisi Ser Aleks Ferguson növbəti dəfə ingilis klublarını ittiham edib. Siasport.az idman saytı xəbər verir ki, "Qırmızı şeytanlar"ın baş məşqçisini Ingiltərə mətbuatında kəskin açıqlamalarla çıxış etməyə vadar edən əsas səbəb, bir sıra Premyer Liga klublarının infrastrukturlarının olmaması, soyunub-geyinmə otaqlarının bərbad vəziyyətdə olmasıdır. Təcrübəli şotlandiyali futbol mütəxəsissi bildirib ki, İngiltərə kimi futbol ölkəsində belə vəziyyətin hökm sürməsi rüsvayçılıqdan başqa bir şey deyil: "Bu olduqca üzücü vəziyyətdir. "Fulhem"in soyunub-geyinmə otaqı çox bərbad və darısqaldır. Orada azacıq da olsa hərəkət etmək bizim üçün çox çətin olur. "Blekbörn" klubunun stadionunda isə adicə isitmə sistemi bele yoxdur. Bütün bunlar utancverici faktlardır."-deyə "Mançester Yunayted"in baş məşqçisi fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB