Növbəti olimpiya lisenziyası

Güllə atıcılığı üzrə milli komandamızın üzvü Ruslan Lunyov daha bir uğur qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığmamızın üzvü beynəlxalq idman atıcılığı federasiyasının vayld kartını əldə edib. Bununla da milli yığma komandamız avqust ayında Brazilyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanmış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə